Gündəm / Cəmiyyət
21 avqust 2021
20
Yoluxanların bu günə olan statistikası açıqlandı
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3 551 yeni yoluxma faktı qeydə alınıb, 1 196 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, son sutka ərzində koronavirus infeksiyasından 27 nəfər ölüb.
İndiyədək ölkədə ümumilikdə 388 437 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 344 603 nəfər müalicə olunaraq sağalıb, 5 279 nəfər vəfat edib, aktiv xəstə sayı 38 555 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 18 982, ötən müddət ərzində isə ümumilikdə 4 304 865 test aparılıb.