Gündəm / Siyasət
23 avqust 2021
35
İlham Əliyev Zelenskiyə məktub göndərdi
Prezident İlham Əliyev Ukraynanın Prezidenti Volodimir Zelenskiyə təbrik məktubu ünvanlayıb.
Təbrik mətnində deyilir:
"Hörmətli cənab Prezident,
Dost Ukraynanın müstəqilliyinin 30-cu ildönümü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.
Azərbaycan-Ukrayna əlaqələri dərin tarixi köklərə və xoş ənənələrə malikdir. Möhkəm təməllər üzərində qurulan dövlətlərarası münasibətlərimizin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi məmnunluq doğurur.
Əminəm ki, qarşılıqlı etimad və dəstəyə əsaslanan ikitərəfli əlaqələrimiz, müxtəlif sahələri əhatə edən sıx və səmərəli əməkdaşlığımız xalqlarımızın iradəsinə uyğun olaraq birgə səylərimizlə bundan sonra da müvəffəqiyyətlə inkişaf edəcək və genişlənəcəkdir.
Belə bir əlamətdar gündə Sizi bir daha ürəkdən təbrik edir, möhkəm cansağlığı, xoşbəxtlik və işlərinizdə uğurlar, dost Ukrayna xalqına daim əmin-amanlıq və rifah diləyirəm".
Daha çox xəbər:
Prezident İlham Əliyev israilli həmkarını təbrik edib
SiyasətPrezident İlham Əliyev İndoneziyanın dövlət başçısını təbrik edib
Siyasət / Dünyaİlham Əliyev Baydeni təbrik etdi
Gündəm / Siyasətİlham Əliyev indoneziyalı həmkarını təbrik edib
Gündəm / Siyasətİlham Əliyev İsveçrə Prezidentinə məktub göndərdi
Gündəm / Siyasət