Gündəm / Cəmiyyət
25 avqust 2021
129

3-cü dozanın vurulması peyvənd sertifikatının müddətinə təsir edəcək? - RƏSMİ AÇIQLAMA

3-cü dozanın vurulması peyvənd sertifikatının müddətinə təsir edəcək? - RƏSMİ AÇIQLAMA

Peyvənd sertifikatı” müddətsizdir və 3-cü dozanın (“buster” doza) vurulması onun müddətinə təsir etmir.

Bu barədə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi birgə məlumatda bildirilib.

Birgə məlumatda həmçinin qeyd edilib ki, son elmi tədqiqatlara əsasən, COVID-19 xəstəliyi əleyhinə hər 2 doza vaksin almış bütün tibb işçilərinin, yaşı 60-dan yuxarı olan əhalinin və immun sistemi zəif şəxslərin 3-cü doza (“buster” doza) ilə peyvəndlənmələri tövsiyə edilir.

Bunun üçün vətəndaşlar https://randevu.its.gov.az/ saytına daxil olaraq, “COVID-19 vaksin randevu” elektron xidmətindən istifadə etməklə koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn qaydada növbə götürməlidir.