Gündəm / Cəmiyyət
28 avqust 2021
18
COVID pasportu olmadan keçirilən 50 nəfərlik toylara qadağa qoyuldu

Azərbaycanda karantin rejimi dövründə COVID-19 pasportu olmadan 50 nəfərədək iştirakçı ilə toyların keçirilməsinə verilən icazə ləğv edilir.
Bununla bağlı bu gün Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, həmin icazəni nəzərdə tutulan “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərardan “50 nəfərədək” sözləri çıxarılıb.
Qərar sentyabrın 1-dən qüvvəyə minir.

Daha çox xəbər:

Restoranlara giriş üçün COVID-19 pasportu TƏLƏB OLUNACAQ
Gündəm / Cəmiyyət
Bərbərxana və gözəllik salonlarına giriş COVID-19 pasportu ilə olacaq
Cəmiyyət
COVID-19 pasportu olmadan toya pul yazdırıb çıxmaq olar?
Gündəm / Cəmiyyət
Xüsusi karantin rejiminin müddəti uzadıldı - RƏSMİ
Gündəm / Cəmiyyət
Azərbaycanda karantin rejimi yumşaldıldı - Bir çox qadağalar ləğv edildi
Gündəm / Cəmiyyət / Sosial