Gündəm / İdman
01 sentyabr 2021
66
DÇ-2022-nin seçmə oyunu: Azərbaycan millisi “cırtdanlar”a qarşı
Bu gün 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının (DÇ) Avropa zonası üzrə seçmə mərhələ oyunlarına start veriləcək.
A qrupunda yer alan Azərbaycan yığması bu gün növbəti sınağına çıxacaq. İlk iki turda xal qazana bilməyən Canni De Byazinin yetirmələri bu dəfə səfərdə Lüksemburqun qonağı olacaq.
Komandamız ölkə baxımından “cırtdan” olan, amma futbolda inkişafda olan rəqibi ilə görüşdə ilk xal üçün mübarizə aparacaq. Qrupda sonuncu pillədə qərarlaşan yığmamız İrlandiya və Portuqaliya ilə çətin qarşılaşmalar ərəfəsində Lüksemburqda ilk uğurunu rəsmiləşdirməyə çalışacaq. Bu matçda “Qarabağ”ın milliləşdirilmiş xorvatiyalı futbolçusu Filip Ozobiçin yığmamızda debüt edəcəyi gözlənilir.
Xatırladaq ki, indiyədək Lüksemburqla beş dəfə qarşılaşmışıq. Tərəflər hərəyə bir dəfə qələbə qazanıb, üç matç isə heç-heçə başa çatıb. Komandalar arasında sonuncu qarşılaşma da məhz Lüksemburqda olub. Ötən il noyabrın 17-də millimiz UEFA Millətlər Liqasının qrup oyunu çərçivəsində rəqibi ilə qolsuz heç-heçəyə razılaşıb.
Qeyd edək ki, millimiz bunadək seçmə mərhələdə qrup liderlərinə – Portuqaliyaya (0:1) və Serbiyaya (1:2) uduzub.
DÇ-2022-nin seçmə mərhələsi
A qrupu
1 sentyabr
22:45 Lüksemburq – Azərbaycan
Baş hakim: İrfan Pelto (Bosniya və Herseqovina)
Lüksemburq. “Stad Lüksemburq”

Daha çox xəbər:

Mövsümün son ev oyunu: "Neftçi" ilə 49-cu duel
Səhiyyə
UEFA Mahir Emrelinin cəzasını açıqladı
İdman
Dünya Çempionatının biletləri Dünya Kubokunun ilk günündə satışa çıxarıldı
İdman
Premyer Liqamızda 26-cı tur həyəcanı - Bütün oyunlar eyni gündə
İdman
Mahir Emreli Polşada ilk titulunu qazana bilər
Gündəm / İdman