Gündəm / Dünya
02 sentyabr 2021
34
Şəhərlərarası nəqliyyatda COVID-19 pasportu tələb olunacaq - İtaliyada

İtaliyada COVID-19 pasportlarının məcburi olduğu sahələrin sayı artırılıb.
Milliinfo xarici KİV-ə istinadən xəbər verir ki, "Yaşıl pasport" adlandırılan sertifikatlar məktəblərdə və şəhərlərarası nəqliyyatda vətəndaşlardan tələb ediləcək.
Bununla yanaşı, İtaliya hökuməti ötən ayın əvvəlindən bir çox ictimai yerlərdə və tədbirlərdə COVID-19 pasportlarını məcburi edib.
Belə ki, COVID-19 pasportu olmayan müəllimlər məktəblərə buraxılmayacaq və buna görə 5 gündən artıq işə getməyənlər işdən kənarlaşdırılacaq. İşdən azad ediləcək müəllimlərin maaş və ya kompensasiya almaq hüququ olmayacaq.
Ölkədə, həmçinin daxili və xarici uçuşlarda, bölgələr arasında gedən gəmilərdə, şəhərlərarası nəqliyyatda və sürət qatarlarında səyahət etmək üçün də bu sənəd tələb olunacaq. Şəhər daxilində ictimai nəqliyyatda pasport tələb olunmayacaq.

Daha çox xəbər:

Sentyabrın 1-dən vətəndaşlardan harada COVID-19 pasportu tələb olunacaq?
Gündəm / Cəmiyyət
Restoranlara giriş üçün COVID-19 pasportu TƏLƏB OLUNACAQ
Gündəm / Cəmiyyət
Açıq havada işləyən kafelərdə peyvənd pasportu tələb ediləcək? - Yenilənib
Gündəm / Cəmiyyət
Tələbələrin COVİD-19 pasportu olması ilə bağlı qərar qüvvəyə mindi
Gündəm / Təhsil
Bərbərxana və gözəllik salonlarına giriş COVID-19 pasportu ilə olacaq
Cəmiyyət