Gündəm / Siyasət
04 sentyabr 2021
23
XİN saytdakı təxribatla bağlı Rusiyaya etirazını bildirdi
Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayeva Rusiyanın ticarət sahəsində vahid informasiya sisteminin rəsmi internet səhifəsində (zakupki.gov.ru) Azərbaycan ərazilərində müvəqqəti yerləşən sülhməramlıların təminatı ilə əlaqədar tender elanı ilə bağlı yerləşdirilmiş məlumatda qondarma “Dağlıq Qarabağ Respublikası” qeyd olunması məsələsinə münasibət bildirib.
Bu barədə XİN-dən bildirilib.
"Qeyd etmək istərdik ki, bu məsələ ilə bağlı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi etirazını diplomatik kanallarla dərhal Rusiya tərəfinə çatdırmışdır. Bu kimi yalnış məlumatların iki ölkə arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin ruhuna cavab vermədiyi qarşı tərəfin diqqətinə çatdırılıb. Qarşı tərəf isə öz növbəsində məsələnin texniki səhv olduğunu qeyd edib və aradan qaldırılması üçün müvafiq addımların atılacağını, habelə bu kimi məsələlərə gələcəkdə diqqətlə yanaşılacağını ifadə edib", - məlumatda qeyd olunub.
Daha çox xəbər:
Rusiya XİN-dən Azərbaycanın kəskin etirazına reaksiya
SiyasətAzərbaycan Uruqvaya nota verdi
SiyasətAzərbaycan XİN: "Erməni tərəfinin bəyanatı münaqişədə məhz iki tərəfin mövcudluğunu növbəti dəfə sübut edir"
SiyasətCeyhun Bayramov Rusiyaya səfər edəcək
SiyasətXİN: Azərbaycanın Rusiyadakı səfirinin geri çağırılması məlumatı yalandır
Gündəm / Siyasət