Gündəm / Dünya
09 sentyabr 2021
36

Bayden Trampın təyin etdiyi 11 məmuru istefaya göndərir

Bayden Trampın təyin etdiyi 11 məmuru istefaya göndərir

ABŞ Prezidenti Co Bayden Donald Tramp tərəfindən ölkənin hərbi xidmət akademiyalarının məşvərət şuralarına təyin edilmiş 11 məmurun istefası barədə əmr verib.

İstefası istənilən məmurların arasında Ağ Evin keçmiş mətbuat katibi Şon Spayser, keçmiş prezident müşaviri Kellyann Konvay və keçmiş milli təhlükəsizlik müşaviri Makmaster kimi Dəniz Qüvvələrinin məşvərət məclislərinə qoşulan tanınmış Tramp tərəfdarlarının da olduğu deyilir.

"Prezidentin vəzifəsi şuralarda işləmək üçün ixtisaslı və Ağ Evin indiki rəhbərliyinin dəyərlərinə uyğun insanların olmasını təmin etməkdir", - deyə Ağ Evin sözçüsü Cen Psaki bildirib.