Gündəm / Cəmiyyət
10 sentyabr 2021
26
Allergiyası olan şəxslər nə zaman peyvənd oluna bilər? - AÇIQLAMA
Allergiyanın kəskin dövründə olan xəstələr 2-4 həftə arası müalicə qəbul etdikdən sonra peyvənd oluna bilirlər.
Bunu 19 saylı Şəhər Poliklinikası baş həkimi Aytən Qurbanova deyib.
Onun sözlərinə görə, vaksinin hər hansı komponentinə qarşı reaksiyası olan şəxslər təsdiqləyici sənəd təqdim etməlidirlər ki, vaksinin birinci dozasını qəbul etdikdən sonra, onda anaflaktik şok, kəskin allergik reaksiyalar əmələ gəldiyi halda bununla bağlı məlumatlar sənədləşdirilir və növbəti vaksinin vurulmaması üçün orada məlumat qeyd olunur ki, şəxsin vaksinə qarşı kəskin allergiyası yarandı: "Həkim-nəzarət komissiyası həmin xəstələrin sənədlərini qəbul edir, əsaslı olduğu halda komissiya tərəfindən əks göstərişlər üzrə yaradılmış xüsusi komissiyaya təqdim olunur".
Daha çox xəbər:
TƏBİB sədrindən 3-cü doza vaksinin tətbiqi ilə bağlı AÇIQLAMA
Gündəm / Cəmiyyət“Koronavirusa yoluxanların bir doza vurdurması kifayətdir”
---“Koronavirusa yoluxanların bir doza vurdurması kifayətdir”
---Bu ölkədə peyvənd olunmayanlar işdən çıxarılacaq
DünyaAzərbaycanda vaksin sertifikatının müddəti 6 ay uzadıldı
Gündəm / Cəmiyyət