Gündəm / Dünya
13 sentyabr 2021
31
"İrana qarşı hərəkət etməyin vaxtıdır" - İsrail MN
İran imzaladığı müqavilələrə əməl etmir və buna görə də gələcəkdə heç bir razılaşmaya əməl edəcəyinə inanmaq üçün əsas yoxdur. Hərəkət etməyin vaxtıdır. Hələ də nüvə razılaşmasının tərəfləri olan ölkələri bu müqavilədə nəzərdə tutulmuş sanksiyaları tətbiq etməyə çağırıram.
Bu sözləri İsrailin Müdafiə naziri Benni Qantz deyib.
Nazir qeyd edib ki, Rusiya və Çin də daxil olmaqla, bütün dünya güclərinin qlobal sabitliyi qorumaq üçün kampaniyaya qoşulma vaxtı çatıb.
Müdafiə naziri rəsmi Tehranı İranın iqtisadi, siyasi və hərbi məqsədlərinə çatmasına kömək edən mütəşəkkil terrorçu ordularından istifadə etməkdə günahlandırıb.
Qantzın sözlərinə görə, İranın mərkəzindəki Kaşan poliqonundakı baza Yəmən, İraq, Suriya və Livandan olan terrorçuları hazırlamaq və onlara İran istehsalı PUA-nın idarə olunmasını öyrətmək üçün istifadə olunur.
Daha çox xəbər:
İrana qarşı ədalətsiz sanksiyaları ləğv etməyin vaxtı çatmışdır
Gündəm / Cəmiyyət / Dünyaİrana qarşı silah sanksiyaları uzadılarsa qəti cavab veriləcək
Siyasət / Dünyaİran geri çəkilmədi, İsrail müharibə elan etdi - Dəhşətli döyüşlər BAŞLAYIR
Dünyaİran Boltonun keçmiş köməkçisinə qarşı sanksiya tətbiq edib
Siyasət / DünyaAmerika İrana qarşı yeni hiyləyə əl atır
Gündəm / Siyasət / Dünya