Gündəm / Cəmiyyət
13 sentyabr 2021
36
DGK-dan Gorus-Qafan yolunda İran maşınlarından pul alınması ilə bağlı AÇIQLAMA
Dövlət Gömrük Komitəsi ölkə ərazisindən keçən nəqliyyat vasitələrindən yol vergisi və digər gömrük ödənişlərinin alınması ilə bağlı ötən gün bir sıra kütləvi informasiya vasitələrində yayılan məlumatlarla bağlı açıqlama yayıb.
Unikal.org-un məlumatına görə, açıqlamada deyilir ki, Vergi Məcəlləsinin 210-cu maddəsinə əsasən, ölkə ərazisinə daxil olan və ölkə ərazisini tərk edən zaman xarici dövlətlərin avtonəqliyyat vasitələri yol vergisinin vergitutma obyektidir.
Bu məcəlləyə əsasən, avtonəqliyyat vasitələri yol vergisinə, “Dövlət rüsumu haqqında” qanunun 24-cü maddəsinə əsasən ölkə ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi üçün dövlət rüsumuna cəlb edilir.
Hazırda gömrük orqanları tərəfindən qanunvericilikdə bu istiqamətdə nəzərdə tutulan müddəaların yerinə yetirilməsi bütün ölkə ərazisi üzrə təmin olunur.
Daha çox xəbər:
“Xanoba” gömrük postunda tikinti işlərinin aparılmasına 4 milyon manat ayrılıb
Siyasət / İqtisadiyyatBakı-Naxçıvan-Bakı marşrutu bu qaydalarla işləyəcək - Rəsmi açıqlama
Gündəm / CəmiyyətGömrük nəzarətindən gizlədilən dərman preparatları aşkarlanıb
Cəmiyyət / HadisəSabah Milli Məclisin iclası keçiriləcək .
SiyasətGorus-Qafan yolunda Azərbaycan postunun qurulması ilə bağlı - DİN-dən açıqlama
Gündəm