Gündəm / Cəmiyyət
16 sentyabr 2021
24
XİN-dən Pupponinin Xankəndiyə qanunsuz səfərinə REAKSİYA
Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti idarəsinin rəisi Leyla Abdullayeva Fransa Milli Assambleyasının üzvü Fransua Pupponinin Azərbaycanın Xankəndi şəhərinə qanunsuz səfər etməsinə münasibət bildirib.
XİN rəsmisi bildirib ki, Fransa Milli Assambleyasının üzvü Fransua Pupponi ilk dəfə deyil ki, Azərbaycan ərazisinə qanunsuz səfər edir.
"O, qatı anti-Azərbaycan mövqeyi ilə seçilir. Azərbaycan qanunvericiliyini pozduğu üçün deputatın adı ölkəmizə girişi qadağan olunan xarici ölkə vətəndaşlarının siyahısındadır. Fransa Milli Assambeyasının üzvünü bu qanunsuz səfərdə müşayiət edən Fransanın Arnuvil şəhərinin meri, Sarsel şəhərinin nümayəndəsinə qarşı da Azərbaycana giriş qadağası tətbiq ediləcək. Fransa nümayəndələrinin bu məsuliyyətsiz və təxribatçı davranışı qəbuledilməzdir və bölgədə münaqişə sonrası sülh quruculuğu səylərinə xələl gətirir", - L.Abdullayeva vurğulayıb..
Daha çox xəbər:
Ceyhun Bayramov Rusiyaya səfər edəcək
Siyasət"Səfir hələ ki, Əfqanıstana getməyib" - Leyla Abdullayeva
Gündəm / Siyasət“Azərbaycan müstəqilliyini bərpa etdiyi gündən Ermənistanın təcavüzü ilə üzləşib” - XİN
Gündəm / SiyasətAzərbaycan XİN-dən Laçındakı təlimlərlə bağlı Ermənistana CAVAB
Gündəm / CəmiyyətÇinin xarici işlər naziri Avropaya səfər edəcək
Siyasət / Dünya