Gündəm / İqtisadiyyat
24 sentyabr 2021
36
Mikayıl Cabbarovdan güzəştli kreditlərlə bağlı AÇIQLAMA
"Bu ilin yanvar-avqust aylarında özəl sektora dövlət dəstəyi çərçivəsində 945 investisiya layihəsinin maliyyələşdirilməsinə 48,4 milyon manat güzəştli kredit verilib".
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
"Güzəştli kreditlərin 59,2%-i kənd təsərrüfatı, 24,2%-i sənaye məhsullarının istehsalı və emalı, 16,6%-i isə digər sahələrə verilib. Kreditlərin 97,5%-i mikro, kiçik və orta sahibkarlıq subyektlərinin payına düşür. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 1 400-dən çox yeni iş yerinin açılmasına imkan yaradacaq", - deyə o, qeyd edib.

Daha çox xəbər:

Pandemiya dövründə sahibkarlara dəstək mexanizmi - Azərbaycan və Avropa modeli - ARAŞDIRMA
İqtisadiyyat / Cəmiyyət / Sosial
Problemli kreditlərlə bağlı yeni xəbər - RƏSMİ AÇIQLAMA - VİDEO
Gündəm
Sahibkarlara ŞAD XƏBƏR: Vergi və gömrük güzəştləri tətbiq ediləcək
Sosial
Mikayıl Cabbarov müavinləri ilə brifinq keçirir
Siyasət / Cəmiyyət / Sosial
Fermerlərə kredit vermək üçün 5 milyon manat ianə
İqtisadiyyat