Gündəm / Siyasət
24 sentyabr 2021
37
Prezident Şuşada tarixi abidələrin hansı vəsait hesabına bərpa olunacağını AÇIQLADI
"Şuşada “Xarıbülbül” festivalı keçirməyimiz, festivalın ilk günündə Azərbaycanda yaşayan bütün xalqların nümayəndələrinin çıxış etməsi mənim ideyam idi".
Bunu Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu “Nasionalnaya oborona” jurnalına müsahibəsində deyib.
"Mən bunu Fonda təklif etdim və onlar bunu çox parlaq şəkildə təşkil etdilər, göstərdilər ki, bu, bizim ümumi qələbəmizdir. Bu qələbə uğrunda Azərbaycanda məskunlaşan bütün xalqlar canlarından keçiblər. Yaxın günlərdə biz Şuşada Vaqif poeziya günlərini bərpa etdik, Vaqifin dağıdılmış məqbərəsini bərpa etdik. İndi tarixi abidələr bərpa olunur. Azad edilmiş bütün ərazilərdə bu işlər davam etdiriləcək, təhsil layihələri, mədəniyyət layihələri artıq razılaşdırılıb. Şuşada tarixi abidələrin çox hissəsi sponsorların vəsaiti hesabına və Heydər Əliyev Fondunun təşəbbüsü ilə bərpa olunacaq və ya artıq bərpa olunmaqdadır. Bir də, əlbəttə, biz bu işləri dövlət sərmayə qoyuluşları hesabına aparacağıq. Həmçinin Qarabağ Dirçəliş Fondu yaradılıb, bu Fonda hər kəs ianə verə bilər. Odur ki, bu, çox genişmiqyaslı quruculuq işi olacaq, cəmiyyət bunu çox müsbət qəbul edir. İnsanların azad edilmiş torpaqlarda müəyyən dəyişikliklər baş verdiyini, həyatın dirçəldiyini görəndə necə sevindiklərini bilirəm", - Prezident vurğulayıb.
Daha çox xəbər:
Prezidentlə xanımı Şuşada Vaqif Poeziya Günlərinin açılışında
Gündəm / Cəmiyyət"İşğal dövründə fikirləşirdik ki, dünyada ədalət yoxdur" - Dövlət başçısı
Gündəm / SiyasətMərakeş səfiri: “Şuşaya gələn ilk insanların arasında olmaq şərəfdir”
Gündəm / Cəmiyyət"Şuşa Qarabağın tacıdır" - İlham Əliyev
Gündəm / SiyasətTanınmış mədəniyyət xadimləri Şuşada
Gündəm / Mədəniyyət