Gündəm / Cəmiyyət
10 iyul 2021
45
Mərakeş səfiri: “Şuşaya gələn ilk insanların arasında olmaq şərəfdir”
“Mən Azərbaycan hökumətinə diplomatlar üçün bu vacib səfəri təşkil etdiklərinə görə təşəkkür edirəm. Şuşaya gələn ilk insanların arasında olmaq şərəfdir. Biz hamımız fərqindəyik ki, bura gələn ilk adamlardanıq”.
APA-nın xəbərinə görə, bunu Şuşada jurnalistlərə açıqlamasında Mərakeş Krallığının Azərbaycandakı səfiri Məhəmməd Adil Embarş deyib.
Səfir bildirib ki, səfər çərçivəsində çox işlərin görüldüyünün şahidi olublar:
“Füzulidə beynəlxalq hava limanının tikintisi ilə, həmçinin elektrik yarımstansiyası ilə tanış olduq. Şuşaya çəkilən yolu gördük. İşğaldan azad olunmuş ərazilərdə törədilən dağıntıların miqyasını gördük. Bu ərazilərin bərpası üçün işlər görülür. Məscidlər, kilsələr təmir olunur. Bu həmçinin Azərbaycanın multikultiralizminin ən yaxşı nümunəsidir. Azərbaycan həm məscidləri, həm də kilsələri bərpa edir. Bütün infrastruktur, binalar, evlər müharibədə dağılıb. Ancaq şuşalılar inanır ki, onlar buranı yenidən bərpa edəcəklər.
Mən ümid edirəm ki, yaxın gələcəkdə bizim şansımız olacaq ki, bura yenidən qayıdaq və yeni Şuşanı görək. Azərbaycanlılar bu gözəl şəhərin illərlədir arzusunda idilər”.
Səfir onu da deyib ki, bu regionda sülh bütün insanların, Qafqazın xeyrinədir:
“Sülh bütün region üçün geniş iqtisadi imkanlar gətirir”.
Daha çox xəbər:
Xarici diplomatlar Füzuli və Şuşaya səfərə edir
Gündəm / SiyasətSakinlərin Şuşaya köçürüləcəyi tarix açıqlandı
Gündəm / Siyasət / CəmiyyətBritaniya minaların təmizlənməsində Azərbaycana yardım üçün bütün mümkün variantları öyrənir - Səfir
Gündəm / SiyasətŞuşaya vətəndaşlarımızın köçürülməsi nə zaman başlayacaq? - AÇIQLAMA
Gündəm / CəmiyyətAdil Əliyev: “Prezident və Birinci vitse-prezident Tovuz hadisələrinin ilk günündən xalqın yanında olublar”
Siyasət