Gündəm / Cəmiyyət
28 sentyabr 2021
32
Ərdoğan sabah Putinlə bunları müzakirə edəcək
Rusiya prezidenti Vladimir Putin və Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan sentyabrın 29-da Soçidə baş tutacaq danışıqlarda bir çox məsələləri, xüsusi halda, Suriyada, Əfqanıstanda və Liviyada yaranmış vəziyyəti geniş müzakirə edəcəklər.
Bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Düşünürəm ki, ilk növbədə Suriya mövzusu gündəlikdə olacaq, əlbəttə, Əfqanıstan, Liviya barədə və başqa beynəlxalq məsələlər üzrə ənənəvi fikir mübadiləsi aparılacaq", - deyə Kremlin nümayəndəsi vurğulayıb.
Daha əvvəl Ərdoğan bildirib ki, həmkarı ilə Türkiyə-Rusiya əlaqələrini və Suriyada vəziyyətin necə olduğunu, bundan sonrakı mərhələdə atılacaq addımları geniş şəkildə müzakirə edəcək.
Qeyd edək ki, iki prezidentin son birbaşa görüşü 2020-ci ilin martında Kremldə olub. Koronavirus pandemiyası səbəbindən yaranmış vəziyyətə görə sonrakı danışıqlar ya telefonla, ya da videokonfrans rejimində keçirilib.
Daha çox xəbər:
6-cı zirvə toplantısı videokonfrans formatında olacaq
DünyaƏrdoğan Putin və Merkellə danışıqlar aparacaq
Gündəm / DünyaTürkiyə Prezidenti ilə NATO-nun Baş katibi arasında telefon danışığı olub
Siyasət / DünyaƏrdoğan: "Baydeni yaxşı tanıyıram, onunla bəzi məsələləri müzakirə edəcəyəm"
Gündəm / Dünyaİran və Azərbaycan prezidentləri bölgədə yaranmış vəziyyəti telefonla danışaraq müzakirə etdilər
Gündəm / Siyasət / Dünya