Gündəm / Dünya
04 oktyabr 2021
34
Gürcüstanda Saakaşviliyə azadlıq tələbi ilə aksiyalar keçiriləcək
Gürcüstanın Rustavi şəhərində keçmiş prezident Mixeil Saakaşvilinin azadlığa buraxılması tələbi ilə aksiya təyin olunub.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Vahid Milli Hərəkat Partiyasının sədri Nika Meliya məlumat yayıb.
Aksiya bu gün saat 15:00-da siyasətçinin saxlanıldığı cəzaçəkmə müəssisəsinin qarşısında “Mişaya azadlıq!” şüarı ilə keçiriləcək.
Eyni tələblə saat 18:00-a başqa aksiya da planlaşdırılıb. Təşkilatçı “Gürcüstan naminə” hərəkatın fəallarıdır.
Qeyd edək ki, M.Saakaşvili oktyabrın 1-də Tbilisidə saxlanılıb və Rustavidəki 12 saylı penitensiar müəssisəyə yerləşdirilib.

Daha çox xəbər:

Yerevanda Paşinyanın istefası tələbi ilə aksiya keçirilir
Gündəm / Dünya
Saakaşvili oktyabrın 3-də Tbilisiyə gələcək - Xalqı mitinqə ÇAĞIRDI
Gündəm / Dünya
Yerevanda Paşinyana qarşı növbəti aksiya başlayıb
Gündəm / Siyasət / Dünya
Ermənistan Mərkəzi Bankının qarşısında aksiya keçirildi
Dünya
Əfqanlar Bakıda aksiya keçirdi, polis müdaxilə etdi - Video
Gündəm / Video