Gündəm / Sosial
05 oktyabr 2021
51

Sosial şəbəkələrin dünənki vəziyyətinə görə dünya bu qədər itirdi

Sosial şəbəkələrin dünənki vəziyyətinə görə dünya bu qədər itirdi

İqtisadçı deputat Vüqar Bayramov ötən gün sosial şəbəkələrin çökməsi nəticəsində qlobal iqtisadiyyata dəyən ziyandan yazıb.

Millət vəkilinin sözlərinə görə, bu hadisə qlobal iqtisadiyyata da ciddi təsir edib: ""NetBlocks" şirkətinin hesablamalarına görə, feysbuk, instaqram, tvitter, vatsap və feysbuk messencerin çalışmadığı hər saat dünya iqtisadiyyatında 215 milyon dollar xərc yaradıb. Həmin şəbəkələrin 3 saat ərzində çalışmamaları dünya üçün 645 milyon xərc demək idi.

Şirkətin Dünya Bankı, ITU, Eurostat və ABŞ Statistikasının məlumatları əsasında apardığı hesablamalara görə, əgər internet qlobal olaraq 1 gün aktiv olmasa, o zaman dünya iqtisadiyyatına 51 milyard 423 milyon dollar ziyan dəyə bilər. Sadəcə feysbukun 1 gün çalışmaması isə dünya üçün 1 milyard 291 milyon dollar xərc demək olacaq. Sosial şəbəkələrin bir gün “donması” dünyada 5 milyard 165 milyon dollar xərc yarada bilər.

Qeyd edək ki, "NetBlocks" şirkəti statistik məlumatlar əsasında sosial şəbəkələrin və eləcə də internetin çalışmamasının hər bir ölkəyə vurduğu ziyanı da ayrıca hesablayır. Bu zaman ölkə iqtisadiyyatların ölçüsü əsas meyar kimi götürülür.

Son problemlərdən sonra 159 milyard dollar aktivləri olan feysbuk şirkətinin səhmləri 5 faizə yaxın ucuzlaşaraq hazırda 326 dollara təklif olunur".