Gündəm / Cəmiyyət
05 oktyabr 2021
27
Saakaşvili Zelenskiyə məktubunda Putinin dustağı olduğunu bildirib
Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvili Ukrayna Prezidenti Vladimir Zelenskiyə məktub yazıb.
O, dövlət başçısına həbsinə göstərdiyi həssas münasibətə görə təşəkkürünü bildirib.
M.Saakaşvili qeyd edib ki, Gürcüstanda həbsi qanunsuzdur və ona qarşı ittihamlar saxtalaşdırılıb:
"Gürcüstanımı öz həyatımdan daha çox sevirəm. Mən ikinci vətənim Ukraynanı da çox sevirəm. Bütün həyatım boyu həyata keçirdiyiniz tarixi dəyişikliklər və islahatlara kiçik töhfə vermək imkanına malik olduğuma görə fəxr edəcəyəm".
Eks-prezident Rusiyanın dövlət başçısı Vladimir Putinin dustağı olduğunu bildirib.
Daha çox xəbər:
Saakaşvili: “Yerevanın hansısa universitetinin fəxri doktoru olmağımı xatırlamıram”
Siyasət / DünyaSaakaşvili oktyabrın 3-də Tbilisiyə gələcək - Xalqı mitinqə ÇAĞIRDI
Gündəm / Dünyaİlham Əliyev Zelenskiyə məktub göndərdi
Gündəm / Siyasət"Sona qədər inanın ki, qələbəmiz öz əlimizdədir" - Mixeil Saakaşvilidən tərəfdarlarına MƏKTUB
Gündəm / DünyaKreml Putinin koronavirusa qarşı peyvənd olunmamasına aydınlıq gətirib
Siyasət / Dünya