Gündəm / Cəmiyyət
07 oktyabr 2021
63

Ocaq Necat Azərbaycanı TƏRK ETDİ

Ocaq Necat Azərbaycanı TƏRK ETDİ


İran İslam Respublikasının ali rəhbəri Əli Xameneinin Azərbaycandakı nümayəndəsi Əli Əkbər Ocaq Necat Azərbaycanı tərk edib.

Bu barədə İranın Azərbaycandakı səfirliyindən "BBC Azərbaycanca”ya bildirilib.

Qeyd olunub ki, Ocaq Necat bir aydır ki, Tehrandadır.

Xatırladaq ki, oktyabrın 5-də polis əməkdaşları və digər mütəxəssislərin iştirakı ilə Hüseyniyyə məscidinə baxış keçirilib və ibadət yerinin fəaliyyəti dayandırılıb. Hazırda orada epidemioloji xidmət tərəfindən müvafiq tədbirlər görülür.