Gündəm / Siyasət
07 oktyabr 2021
24

İlqar Məmmədov “Respublika Günü”nün adının dəyişdirilməsinə ETİRAZ ETDİ

İlqar Məmmədov “Respublika Günü”nün adının dəyişdirilməsinə ETİRAZ ETDİ

REAL Partiyasının sədri İlqar Məmmədov 28 May Respublika Gününün adının dəyişdirilməsinə etiraz edib.

İ. Məmmədov sosial şəbəkə hesabında qeyd edib ki, 28 May Respublika Günüdür və belə də qalmalıdır: “Heç bir Azərbaycan hökmdarı onun üzərində respublika kimi basqı olmasa, Azərbaycan xalqına xidmət etməz, əksinə özünə xidmət edər. Ona görə bilmirəm ki, Respublika sözünün 28 May bayramının adından götürülməsi kimin ideyasıdır. Amma bu, yolverilməzdir. Buna qarşı bütün Azərbaycan cəmiyyəti səfərbər olmalıdır".

REAL Partiyasının parlamentdəki təmsilçisi Erkin Qədirli də “Müstəqillik Günü haqqında” qanun layihəsinin müzakirəsi zamanı 28 May Respublika Gününün adının dəyişdirilməsi ilə bağlı təklifin əleyhinə çıxış edib və “Respublika” sözünün qalmasının vacibliyini qeyd edib.

Xatırladaq ki, “Müstəqillik Günü haqqında” qanun layihəsinə təklif edilən dəyişikliyə görə, bundan sonra ölkədə mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin bərpası Günü kimi qeyd edilməlidir.