Gündəm / Cəmiyyət
15 oktyabr 2021
34
Azərbaycanda alimin dissertasiyası plagiat çıxdı, elmi dərəcəsi ləğv olundu
"Ali Attestasiya Komissiyası şəxslərin elmi dərəcədən və ya elmi addan məhrum edilməsi (elmi dərəcənin və ya elmi adın bərpası) məsələsinə əsaslı faktlar, arqumentlər göstərilməklə, elmi müəssisə və təşkilatların, ali təhsil müəssisələrinin dissertasiya və ya elmi şuralarının vəsatəti və ya fiziki şəxslərin müraciətləri əsasında baxır və qərar qəbul edir".
Bunu Prezident yanında Ali Attestasiya Komissiyasının (AAK) sədri Famil Mustafayev rəsmi qəzetə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Azərbaycanda Ali Attestasiya Komissiyasının tarixində ilk dəfə olaraq 2021-ci ildə elmi dərəcədən məhrumetmə halı baş verib: "Xarici ölkədən bizə daxil olan müraciətə əsasən azərbaycanlı alimin işini araşdırdıq. Dissertasiya işinin plagiat olduğu təsdiq edildi. Fəlsəfə doktoru elmi dərəcəsindən plagiat səbəbindən məhrumetmə barədə qərar qəbul edildi. Elmi dərəcədən məhrum edilmiş şəxs 2017-ci ildə müdafiə edərək həmin ildə təsdiq almışdı".
Lakin F.Mustafayev plagiat dsissertasiya yazan və elmi dərəcəsi ləğv olunan alimin adını açıqlamayıb.
AAK sədri onu da qeyd edib ki, komissiya elmi dərəcədən və ya elmi addan məhrum edilmiş şəxsin elmi dərəcəsini və ya elmi adını qanuni əsaslar olduğu halda bərpa edir və elmi dərəcədən və ya addan məhrumetmə məsələlərinə diplom və ya attestatın verildiyi tarixdən on il keçdikdən sonra baxmır.
Daha çox xəbər:
Fəlsəfə və elmlər doktoru olmaq istəyənlərin NƏZƏRİNƏ
Gündəm / TəhsilMilli Məclisin Elm və təhsil komitəsinin onlayn iclası keçirilib
SiyasətƏməkdar mədəniyyət işçisi COVID-19-dan vəfat etdi
Gündəm / Cəmiyyət“Ən yaxşı elmi tədqiqat işi” müsabiqəsinə sənədlər onlayn qəbul olunur
TəhsilBaş nazirdən Kooperasiya Universiteti ilə bağlı QƏRAR
Gündəm / Cəmiyyət