Gündəm / Cəmiyyət
29 oktyabr 2021
40
Mehriban Məmmədova vəzifəsindən azad edildi
Tanınmış jurnalist Mehriban Məmmədova Azərbaycan Televiziya və Radio Verilişləri QSC-dəki vəzifəsindən ayrılıb.
O, “Qafqazinfo”ya açıqlamasında məlumatı təsdiqləyib. M. Məmmədovanın sözlərinə görə, televiziyanın “İnformasiya Proqramları” Studiyasının baş direktoru vəzifəsi ləğv olunub:
“Azad olunmaq məcburiyyətində qaldığım üçün özüm ərizə yazmışam. Struktur dəyişikliyi aparılıb. Buna əsasən, tutduğum baş direktor ştatı ləğv olunub. Buna görə də mənə başqa – İctima-siyasi departamentə keçmək təklif olundu. Təklif olunan işlə razılaşmadığım üçün öz ərizəmlə işdən ayrıldım. Rəhbərlik açıqlamasında deyib ki, audit yoxlamasından sonra belə tələb irəli sürülüb və vəzifəm ləğv olunub”.
Qeyd edək ki, M. Məmmədova sözügedən vəzifəyə 2019-cu ilin aprelində təyin olunmuşdu.
Daha çox xəbər:
Aydın Ağayev parlamentdəki vəzifəsindən azad edildi
SiyasətAZƏRBAYCAN » SİYASƏT Akif Təvəkküloğlu vəzifəsindən azad olunub
SiyasətAzTV-nin rejissoru və həyat yoldaşı peyvənddən ölüb? - AÇIQLAMA
Gündəm / CəmiyyətKorrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi vəzifəsindən azad edildi
SiyasətAzərbaycanda vəzifəli şəxs öz istəyi ilə işdən çıxarıldı
Siyasət / Cəmiyyət