Gündəm / Siyasət
04 noyabr 2021
25
Boris Consondan İlham Əliyevə müraciət
Böyük Britaniyanın Baş naziri Boris Conson VIII Qlobal Bakı Forumu münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə müraciət ünvanlayıb.
Boris Conson Prezident İlham Əliyevi, tədbirin təşkilatçılarını və iştirakçılarını təbrik edib.
Baş nazir Böyük Britaniya - Azərbaycan əməkdaşlığının möhkəmliyindən danışıb və gələn il iki ölkə arasında diplomatik münasibətlərin 30 illiyinin qeyd olunacağını bildirib.
Builki forumun Qlazqoda keçirilən COP 26 sammiti ilə üst-üstə düşdüyünü və iqlim dəyişikliyinin hamımızın qarşısında duran ən böyük beynəlxalq problem olduğunu qeyd edən Baş nazir Azərbaycanın “yaşıl enerji”nin tətbiqi istiqamətində atdığı mühüm addımları alqışlayıb.
Böyük Britaniyanın Baş naziri, həmçinin Azərbaycan cəmiyyətində aparıcı rol oynayan qadınlara ehtiramını bildirib və ölkələri sülh quruculuğunda, o cümlədən Qadınlar, Sülh və Təhlükəsizlik üzrə Milli Fəaliyyət Planlarının qəbul edilməsi yolu ilə qadınlar üçün xüsusi rol oynamağa təşviq edib.

Daha çox xəbər:

Boris Conson: "Vəziyyət yaxşıya doğru dəyişir"
Siyasət / Dünya
Bu ölkə Əfqanıstandan 20 min qaçqın qəbul edəcək
Gündəm / Dünya
Sahibə Qafarova Macarıstanın Baş naziri ilə görüşdü
Gündəm / Siyasət
Yeni nazir: “Azərbaycan idmanındakı çətinliklərlə bağlı məlumatımız var” - YENİLƏNİB
Gündəm / Cəmiyyət
Britaniya minaların təmizlənməsində Azərbaycana yardım üçün bütün mümkün variantları öyrənir - Səfir
Gündəm / Siyasət