Gündəm / Siyasət
05 noyabr 2021
21
Ceyhun Bayramov QDİƏT-in baş katibi ilə görüşdü - FOTOLAR
Xarici işlər naziri Ceyhun Bayramov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) baş katibi Lazar Komaneskunu qəbul edib.
Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.
C.Bayramov Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil edilən Qlobal Bakı Forumunda iştirakla bağlı ölkəmizdə səfərdə olan baş katibi səmimiyyətlə salamlayıb və ona regional təşkilatın rəhbərliyini həyata keçirilməsi kimi məsul vəzifədə uğurlar arzulayıb. O, Azərbaycanın QDİƏT ilə əməkdaşlığa önəm verdiyini qeyd edib. Nazir, həmçinin QDİƏT baş katibinə 44 günlük Vətən müharibəsindən sonra bölgədə mövcud olan cari vəziyyət, post-münaqişə mərhələsində yaranmış yeni reallıqlar, azad olunmuş ərazilərin bərpa və quruculuğu işləri barədə məlumat verib.
Baş katib Lazar Komanesku Qlobal Bakı Forumunda iştirakla bağlı dəvət üçün təşəkkürünü bildirib. Forumun qlobal gündəlikdə duran məsələlərin müzakirəsi baxımından əhəmiyyətli platforma olduğunu vurğulayıb. Azərbaycanın QDİƏT-in fəaliyyətinə önəmli töhfə verdiyini səsləndirib.
Görüş zamanı tərəflər, eyni zamanda, gələn il 30 illiyini qeyd edəcək QDİƏT-in beynəlxalq müstəvidə nüfuzunun daha da artırılması yolları ətrafında fikir mübadiləsi aparıblar.
Daha çox xəbər:
Ceyhun Bayramov İƏT-in Baş katibini Ermənistanın təxribatı barədə məlumatlandırıb
Siyasət / DünyaCeyhun Bayramov Polşanın XİN rəhbəri ilə görüşüb
SiyasətCeyhun Bayramov Serbiyanın xarici işlər naziri ilə görüşdü
SiyasətAzərbaycanın yeni Xarici işlər naziri ilə İranın Xarici işlər naziri arasında telefon danışığı olub
CəmiyyətXarici İşlər Naziri Ceyhun Bayramov İran islam Respublikasının yeni səfirinin etimadnaməsini qəbul etdi
Gündəm / Cəmiyyət