Gündəm / Siyasət
12 noyabr 2021
37
Prezident İstanbulda Türk Şurasının katibliyinin yeni binasının açılışında iştirak etdi
Noyabrın 12-də İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının katibliyinin yeni binasının açılış mərasimi olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Qazaxıstan Respublikasının Prezidenti Qasım-Jomart Tokayev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, Macarıstanın Baş Naziri Viktor Orban və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyev açılış mərasimində iştirak ediblər.
Dövlət və hökumət başçıları binanın önündə ölkələrin dövlət bayraqlarını qaldırıb, katibliyin yeni binasının rəmzi açılışını bildirən lenti kəsiblər.
Daha çox xəbər:
Bu gün Türk Şurası dövlət başçılarının 8-ci Zirvə görüşü keçiriləcək
Gündəm / SiyasətTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrinin səhiyyə rəhbərlərinin onlayn görüşü keçirilib
CəmiyyətAzərbaycanla Türk Şurası arasında əməkdaşlıq müzakirə olunub
Siyasət / DünyaPrezident və xanımı lisey binasının açılışında
Gündəm / Siyasət"Türk Şurası yeni qatılan ölkələrlə güclənərkən beynəlxalq status qazanacaq” - Ərdoğan
Siyasət