Gündəm / Siyasət
16 noyabr 2021
28
Təxribatlar İrəvanı daha da böyük TƏHLÜKƏLƏRƏ APARIR... - FAKT BUDUR!
Erməni təxribatlarına cavab olaraq Azərbaycan Qafan-Çakaten yolunda sərhəd və gömrük nəzarətinin tətbiqinə başlayıb. Çakaten, Sıxovuş, Kilsəkənd, Tsav, Nerkin Hand və digər kəndlərin əhalisi üçün iki seçim var. Ya Azərbaycan ərazisindən gömrük rüsumu ödəyərək keçəcəklər, ya da daha uzun məsafə qət edərək, Mehriyə, oradan Qafana gedəcəklər. Bununla Bakı Paşinyan hakimiyyətini siyasi blokadaya salır. Ermənistan hakimiyyətinin təklif etdiyi alternativ yollar isə olduqca əlverişsizdir. Yollarda qurulan yeni postlarla bağlı xəbəri erməni ictimaiyyətinin narahatlıqla qarşılaması da alternativ yolun əhəmiyyətsiz olduğundan xəbər verir. Qafan meri Gevork Parsyan təəssüf hissi ilə qorxduqlarının başlarına gəldiyini etiraf edib. O, yeni postların ermənilər üçün ciddi problem yaratdığına diqqət çəkib: “Yol bağlanıb və bu qəsəbələrin, ümumiyyətlə, alternativ yolu yoxdur. Yeganə variant Mehri vasitəsilədir. Faktiki olaraq 7-8 kilometrlik Qafan yolu 150 km uzanacaq. Ən qısa alternativ yol 90-cı illərdə tikilən, çətin keçilən yoldur ki, onun da üzərində işləmək lazım gələcək. 6 kəndin əhalisinin qayğısına qalmalıyıq”. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da deyib ki, Ermənistan tərəfi müvafiq qərarlar qəbul edəcək, göstərilən yolda sərhəd və gömrük postları yaradacaq: “Alternativ yol bu ilin sonuna qədər hazır olacaq”.
Xatırladaq ki, daha əvvəl Dövlət Gömrük Komitəsi (DGK) Qubadlı rayonu ərazisində Komitənin Cənub Ərazi Baş Gömrük İdarəsinin "Qubadlı" gömrük postunu yaradıb.
Siyasi şərhçi Aqşin Kərimov “Şərq”ə deyib ki, erməni ordusundakı utopik düşüncələrlə yaşayan ünsürlər düşünür ki, sərhəddəki ərazilərdə möhkəmlənməklə coğrafi mənada hərbi üstünlük qazanacaqlar. Analitik bildirib ki, Azərbaycan bu ilin sentyabrında Gorus-Qafan yolunda gömrük və polis postları qurduqda iki ölkənin blokadasını gerçəkləşdirmişdi, söhbət Ermənistanla yanaşı həm də İrandan gedir:
“Ermənilərin noyabr ayında Şuşadakı və sərhəddəki təxribatlarına gəlincə, Azərbaycan bunlara növbəti dəfə yumşaq güc tətbiq edərək elə cavab verdi ki, İrəvan yenə zərbə aldı. Zəngəzur bölgəsindən keçən Qafan-Çakaten yolunu da Azərbaycan öz nəzarətinə götürüb burada sərhəd-gömrük məntəqəsini işə saldı. Ermənistan ordusunun komandanlığı isə hələ də məntiqi əsası olmayan və xəstə təxəyyülü şəxsi heyətin düşüncələrinə pərçim edir. Azərbaycan ordusunun bu ilin may ayından etibarən möhkəmləndiyi strateji nöqtələrin indi ermənilərin ələ keçirmək cəhdinin arxasında mənəvi və hərbi güc dayanmır. Əksinə, Azərbaycanın əks tədbirləri elə forma aldı ki, əlavə strateji ərazilərdə də möhkəmlənmə ilə nəticələndi. Azərbaycan Ordusunun bölmələri yumşaq hərbi güc tətbiq edərək sərhəddə düşməni geri oturdub, ermənilərin postunu ələ keçirib. Hələlik informasiyalar bu yöndədir. Bu tədbir Azərbaycan Ordusunun kontur tədbirlərinin çox cüzi hissəsidir. Bir sözlə, Ermənistan təxribatlarını gücləndirdikcə, bu, onun öz başında çatlayan tədbirlərlə yadda qalacaq. Azərbaycan digər strateji məntəqələrdə də bərqərar olacaq. Ona görə də Ermənistan baş verənlərdən düzgün nəticə çıxarmaq qabiliyyətini ortaya qoyub həyasızlığa son verməlidir”.
Daha çox xəbər:
Azərbaycan bu gündən Qafan yolunda nəzarət-buraxılış məntəqəsi qurur
Gündəm / Siyasət"Gorus-Qafan yolu bağlansa, Ermənistan çökəcək" - Erməni politoloq
Gündəm / DünyaGorus-Qafan yolunda vəziyyət necədir?
Gündəm / CəmiyyətPaşinyan Gorus-Qafan yolundan keçməyə RİSK ETMƏDİ
Gündəm / DünyaSumqayıtdan Bakıya yeni yol çəkilə bilər
Gündəm / Cəmiyyət