Gündəm / Hadisə
19 noyabr 2021
24
Azərbaycanda kapitan gəmidə qadını ZORLAMAQ İSTƏDİ
Xəzər dənizində gəmi kapitanı qadını zorlamaq istəyib.
Milliinfo.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin gəmilərindən birində qeydə alınıb.
Gəmidə aşpaz işləyən 41 yaşlı P.Ə. iddia edir ki, gəminin kapitanı 54 yaşlı A.C. onu zorlamağa cəhd edib.
Qadın faktla bağlı bir sıra dövlət qurumlarına və hüquq-mühafizə orqanlarına müraciət edib.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin mətbuat xidmətinin rəhbəri Mehman Mehdiyev qadının şikayət etməsini təsdiqləyib. O bildirib ki, məsələylə bağlı şikayətçi hüquq-mühafizə orqanlarına müraciət edib:
“Hüquq-mühafizə orqanlarının verəcəyi qərara uyğun olaraq QSC müvafiq addım atacaq”.

Daha çox xəbər:

Xəzərdə gəmidə partlayış olub - Yaralılar var - RƏSMİ AÇIQLAMA
Hadisə
Daha 22 nəfər gəmi ilə Qazaxıstana yola salınıb
Cəmiyyət
Bakıda gizli eşq qadının başına BƏLA OLDU
Hadisə
Bu ölkədə hüquq-mühafizə orqanlarının 10-dan çox əməkdaşı COVID-19-a yoluxub
Dünya / Səhiyyə
Xəzər dənizində baş verən qəza ilə bağlı - RƏSMİ AÇIQLAMA
Hadisə