Gündəm / Cəmiyyət
22 noyabr 2021
17
Türkiyədə meşə yanğınlarını söndürmək üçün məhkumlardan istifadə ediləcək
Türkiyədə baş verə biləcək meşə yanğınlarının qarşısının alınmasında dustaqlardan istifadə ediləcək.
Bu barədə Ədliyyə naziri Abdülhemit Gül ilə kənd və meşə təsərrüfatı naziri Bekir Pakdemirli arasında protokol imzalanıb.
Protokol məhkumların reabilitasiya məqsədilə meşə təsərrüfatı fəaliyyətinə cəlb edilməsinə dair əməkdaşlıq adlanır.
Hazırda meşə yanğınlarına müdaxilə edən 21 min meşə işçisi və 14 min meşə könüllüsünün olduğunu bildirən nazir Pakdemirli, bu rəqəmi maya qədər 100 minə çatdırmağı hədəflədiklərini bildirib.
Qeyd olunub ki, bu, həm də məhkumların müəyyən əmək bacarıqlarına müsbət təsir edəcək.
Daha çox xəbər:
Türkiyədə yanğınla bağlı son vəziyyət
Gündəm / CəmiyyətEtibar Mirzəyev “Böhran mərkəzi”nin xüsusi iclasında - Video
Gündəm / VideoRusiyadakı meşə yanğınlarının fəsadları Qrenlandiyaya çatıb
Gündəm / DünyaTürkiyədə meşə yanğınlarının baş verdiyi rayonlar təbii fəlakət bölgəsi elan edildi
DünyaQanunsuz yolla əldə edilən meşə materialı aşkarlandı
Gündəm / Cəmiyyət