Gündəm / Video
11 avqust 2021
34
Etibar Mirzəyev “Böhran mərkəzi”nin xüsusi iclasında - Video
Türkiyədə iyulun 28-dən bəri davam edən meşə yanğınlarının söndürülməsi istiqamətində görülən işlər, dəyən ümumi ziyanın miqdarı, gələcəkdə baş verə biləcək meşə yanğınlarının qarşısının alınması, qarşıya qoyulan vəzifələri və yeni yanğın ərazilərinin söndürülməsi üçün atılacaq addımları dəqiqləşdirmək üçün “Böhran mərkəzi”ndə xüsusi iclas keçirilib.
Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi yanında “Böhran mərkəzi”ndə keçirilən iclasda ölkənin Daxili İşlər naziri Süleyman Soylu, Kənd və Meşə Təsərrüfatı naziri Bekir Pakdemirli, Ətraf Mühit və Şəhərçilik naziri Murat Kurum, Nəqliyyat və İnfrastruktur naziri Adil Karaismailoğlu və Azərbaycanın Fövqəladə Hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev iştirak edib.
İclasdan sonra rəsmilə mətbuata açıqlama verib.

Daha çox xəbər:

Etibar Mirzəyev Türkiyəyə getdi
Siyasət
Süleyman Soylu: “Azərbaycan qardaşlarımız gücümüzə güc qatır”
Gündəm / Cəmiyyət
FHN-in generalı Türkiyənin Dənizli bölgəsindəki yanğınlardan danışıb
Gündəm
Azərbaycanda iki nazirlik birgə təlimlər keçirdi - FOTO
---
Ceyhun Bayramov Çavuşoğlu ilə danışdı
Gündəm / Siyasət