Gündəm / Siyasət
02 dekabr 2021
27
"Dayanıqlı sülh bütün region ölkələri üçün faydalı olacaq" - Hikmət Hacıyev
"Azərbaycan Ermənistan ilə sülh danışıqlarının başlanmasında və regionda dayanıqlı sülhün təmin edilməsində maraqlıdır".
Bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Mədəniyyət naminə sülh" tərəfdaşlar forumunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, dayanıqlı sülh bütün region ölkələri üçün faydalı olacaq.
Prezidentin köməkçisi işğal edilmiş ərazilərdə Azərbaycanın mədəni abidələrinin sistemli şəkildə məhv edildiyini bildirib.
O, beynəlxalq ictimaiyyəti buna diqqət yetirməyə və Ermənistanın vandallığına qiymət verməyə, həmçinin beynəlxalq institutları işğaldan azad edilmiş ərazilərə qiymətləndirmə missiyası ilə səfər etməyə çağırıb.

Daha çox xəbər:

"Qarabağ Azərbaycanın daxili işidir" - Hikmət Hacıyev
Gündəm / Siyasət
Hikmət Hacıyev məcburi köçkünlərin öz evlərinə qayıtmasından DANIŞDI
Gündəm / Siyasət
Azərbaycan Prezidentin köməkçisi canlı yayımda Ermənistan XİN başçısının yalanlarını ifşa etdi
Siyasət
"Azərbaycanın qarşısında yeni məqsəd durur" - Hikmət Hacıyev
Siyasət
Prezidentin köməkçisi: "Xankəndi ətrafındakı hərbi bazalar sıradan çıxarılıb"
Gündəm / Siyasət