Gündəm / Cəmiyyət
11 dekabr 2021
29
Azərbaycanda vaksinasiya ilə bağlı YENİ QƏRAR
Gələn il fevralın 1-dən etibarən dövlət orqanlarının bütün əməkdaşları ən azı 2 doza peyvənd olmalıdır.
Bu, Baş nazir Əli Əsədovun imzaladığı qərarda əksini tapıb.
Belə ki, 2022-ci il fevralın 1-dən etibarən dövlət orqanlarının (qurumlarının) bütün əməkdaşlarının, mülkiyyət formasından asılı olmayaraq bütün tibb, əczaçılıq, elm və təhsil müəssisələrinin (əmək və ya mülki müqavilələrlə işləməsindən asılı olmayaraq), habelə “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarının əlavəsində nəzərdə tutulan iş və xidmət sahələrinin bütün işçilərinin COVID-19-a qarşı ən azı 2 doza peyvənd olmaları və ya COVID-19-dan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənədi, yaxud COVID-19-a qarşı peyvəndə əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatının olması tələb olunur.
Daha çox xəbər:
SON DƏQİQƏ: Azərbaycanda karantin rejimi ilə bağlı YENİ QƏRAR
Gündəm / ŞouOperativ Qərargahdan yeni qərarlar - Rəsmi
Gündəm / CəmiyyətTələbələrin COVİD-19 pasportu olması ilə bağlı qərar qüvvəyə mindi
Gündəm / TəhsilHamamların fəaliyyətinə icazə VERİLDİ
Gündəm / CəmiyyətBu gündən peyvənd olunmayan işçilər plazalara buraxılmır
Gündəm / Sosial