Gündəm / Şou
13 dekabr 2021
28
Birinci vitse-prezidentə və vitse-prezidentlərə ömürlük diplomatik pasport veriləcək
Xarici İşlər Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Birinci vitse-prezidentinə və vitse-prezidentlərinə diplomatik pasport veriləcək.
Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin dekabrın 10-da keçirilən iclasında müzakirə olunan və parlamentin plenar iclasına tövsiyə edilən “Pasportlar haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, Xarici İşlər Nazirliyi tərəfindən öz vəzifələrini icra etməyə başladıqdan ən azı 15 gün keçənədək Azərbaycan Respublikasının Birinci vitse-prezidentinə və vitse-prezidentlərinə diplomatik pasport veriləcək. Həmçinin, xaricə 3 aydan artıq müddətə ezam olunan, yuxarıda sadalanan şəxslərlə birlikdə gedən arvadına (ərinə), 18 yaşına çatmamış uşaqlarına, 18 yaşına çatmış əmək qabiliyyəti olmayan övladlarına və 18 yaşına çatmış ərdə olmayan qızına da diplomatik pasport veriləcək.
Təklif edilən digər dəyişikliyə əsasən, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinə və vitse-prezidentlərinə diplomatik pasport ömürlük veriləcək.

Daha çox xəbər:

Xarici pasportların alınması və itirilməsinə görə olan rüsumlar artırılır
Gündəm / Cəmiyyət
Azərbaycanda bu şəxslər 1500 manatadək cərimələnəcək
Gündəm / Cəmiyyət
Diplomatik müşavir idarə rəisi vəzifəsinə təyin edildi
Gündəm / Mədəniyyət
Rüsumlarla bağlı dəyişikliklər layihəsi parlamentin plenar iclasına tövsiyə edildi
Gündəm / Cəmiyyət
Azərbaycana uçuşlarla bağlı qaydalara dəyişiklik edildi - Qərar
Sosial