Gündəm / Cəmiyyət
15 dekabr 2021
25

ŞAD XƏBƏR ELAN EDİLDİ: Bu borcları hökumət ödəyəcək

ŞAD XƏBƏR ELAN EDİLDİ: Bu borcları hökumət ödəyəcək

"Azəristiliktəchizat" ASC-nin "Azəriqaz" İstehsalat Birliyinə olan 34 milyon manatdan çox borcunu hökumət üzərinə götürüb.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev məlumat verib.

O bildirib ki, borcun 12 milyon manatı artıq köçürülüb və sənədləşmə prosesi gedir, yerdə qalan hissəsi də yaxın müddətdə ödəniləcək.

"Noyabrın 14-də "Azəristiliktəchizat"ın rəhbərliyi ilə danışıqlar olub. Çünki bir gün sonra qış rejiminə keçid olacaqdı və bu baxımdan evlərə istiliyin verilməsi zərurəti yaranmışdı. Danışıq nəticəsində bir həftə möhlət verdik ki, yaranmış borcu ödəsinlər. Söhbət 34 milyondan artıq vəsaitdən gedirdi. Amma "Azəristiliktəchizat" bunun 14 milyonunu mübahisəli predmet kimi dəyərləndirdiyinə görə, 20 milyon manatdan artıq məbləğdən danışırdıq. Növbəti görüşdə qərara alındı ki, qarşı tərəfin xahişi nəzərə alınara möhlət müddəti dekabrın 15-dək uzadılsın. Təbii ki, hökumət məsələdən xəbərdar idi. Məsələnin ciddiliyi nəzərə alınaraq "Azəristiliktəchizat" ASC-yə 12 milyon manat vəsait ayırdı. Borcun digər hissəsini də öz üzərinə götürüb. Hazırda 12 milyon manatın "Azəriqaz"a ödənilməsinin sənədləşmə işləri həyata keçirilir. Yerdə qalan məbləğin də qarşılanması hökumətin üzərinə düşəcək. Bununla da iki dövlət qurumu arasında olan borc məsələsi bitmiş hesab olunur", - deyə o qeyd edib.