Gündəm / Siyasət
17 dekabr 2021
25
Baş nazirdən kərə yağının qiyməti ilə bağlı QƏRAR
“Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilib.
Bu barədə baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, kərə yağı, süddən hazırlanmış digər yağların idxal rüsumuna tətbiq olunan güzəştin müddəti 31.12.2023 tarixinədək uzadılıb.
"Qərarın qəbul edilməsi ilə kərə yağı, süddən hazırlanmış digər yağlar və süd pastalarının idxalı üzrə rüsum güzəştinin qüvvədə olma müddətinin uzadılması nəticəsində istehlak qiymətlərində sabitliyin təmin olunması və kərə yağı məhsulları ilə təminatın səviyyəsinin qorunub saxlanılması proqnozlaşdırılır" - Nazirlər Kabinetinin məlumatında qeyd edilir.

Daha çox xəbər:

Bu mallar gömrük rüsumundan azad edilir - SİYAHI
Gündəm / Cəmiyyət
Baş nazirdən Səhiyyə nazirliyi ilə bağlı QƏRAR
Gündəm / Siyasət
Baş nazirdən Şuşa ilə bağlı QƏRAR
Siyasət
Baş nazirdən Kooperasiya Universiteti ilə bağlı QƏRAR
Gündəm / Cəmiyyət
Baş nazirdən qrant müqavilələri ilə bağlı QƏRAR
Gündəm / Siyasət