Gündəm / Siyasət
21 dekabr 2021
42
Sülhməramlılar hərbçilərimizi belə qaytarıb - Fotolar
Xəbər verdiyimiz kimi, dekabrın 18-də azaraq ermənilər tərəfə keçən iki azərbaycanlı hərbçi dekabrın 20-si geri qaytarılıb.
AzadMedia.az-ın məlumatına görə, Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının rəsmi teleqram kanalında həmin hərbçilərin fotoları paylaşılıb.
“Sputnik Ermənistan”ın məlumatına görə, görüşdə Ermənistan Silahlı Qüvvələrinin zabitləri, Azərbaycan nümayəndəsi, saxlanılan azərbaycanlı hərbçilər və Rusiya sülhməramlı qüvvələrinin nümayəndəsi iştirak edib.
Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi də məsələ barədə məlumat yayıb. Bildirilib ki, dekabrın 18-də gündüz saatlarında Laçın rayonunun dövlət sərhədi istiqamətində Azərbaycan Ordusunun iki hərbi qulluqçusu müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Hüseynov Teymur Ələddin oğlu və əsgər Mustafayev Murad Mikayıl oğlu əlverişsiz hava şəraitində yolu azaraq qarşı tərəfə keçib.
Aparılmış danışıqlar nəticəsində hərbi qulluqçuların dekabrın 20-si geri qaytarılması təmin olunub.




Daha çox xəbər:

Azərbaycan Ordusunun 7 hərbçisi şəhid olub, 10 nəfər yaralanıb - SİYAHI
Gündəm / Cəmiyyət
Naxçıvanda əsgər qeyri-döyüş şəraitində həlak oldu
Gündəm / Hadisə
Kəlbəcərdəki mövqelərimiz düşmən atəşinə məruz qalıb, hərbçimiz şəhid olub
Gündəm / Cəmiyyət
"Hərbçimiz sülhməramlıların nəzarətində olan əraziyə keçib" - RƏSMİ
Gündəm / Cəmiyyət
Kəlbəcərdə həlak olmuş hərbçilər dəfn edildi - YENİLƏNİB
Gündəm / Cəmiyyət