Gündəm / Mədəniyyət
22 dekabr 2021
76
“Cəhənnəmdə yaxşı kampaniya olacaq, gözəl qadınlar...”
“Cəhənnəmdə yaxşı kampaniya olacaq, gözəl qadınlar... Ağıllı kişilər də hamısı ora düşməlidir. Ona görə də bu baxımdan cənnətdə ancaq mollalar olmalıdır”.
Bu sözləri Xalq yazıçısı Çingiz Abdullayev “Üzə-düz” verilişində qonaq olarkən deyib. O, valideynlərini itirdiyi günləri təqvimdən silmək istədiyini açıqlayıb:
“O biri dünyada şansım olsa idi, atam-anamla görüşüb, danışmaq istərdim. Ancaq yuxularımda görürəm. Mən atama onu sevdiyimi demirdim. Atamla aramda pərdə də yox idi, biz dost idik, mən onun böyük oğlu idim. İndi imkanım olsa idi, atama onu necə sevdiyimi deyərdim. Siz də hər gün evə gələndə atanızı çox sevdiyinizi mütləq deyin, sonra gecikə bilərsiniz. Ömür boyu onun peşmançılığını yaşaya bilərsiniz. Həyatımda iki günü təqvimdən silərdim, atam və anamı itirdiyim günləri”.
Abdullayev “Ölümdən qorxursunuz” sualına belə cavab verib:
“Ölümlə hələ görüşməmişəm, ona görə də deyə bilmərəm. Amma görünür qorxuram, ona görə ki, təyyarədə uçmağı sevmirəm. Bir dəfə təyyarəmiz yanıb, bir dəfə Afrikada çevrilib, bir dəfə yerdə toqquşub. Ölüm elədir ki, başa düşürsən ki, hər şey bitir. Mənim qızım mənə deyir ki, yaxşı ölüm 100 yaşında qohumların arasında, haradasa bağda gülə-gülə oturasan və belə də gedəsən”.
Xalq yazıçısı bir müddət əvvəl dediyi “Niyə kişilər xəyanət etsə də, onları bağışlamaq olar” fikrinə belə aydınlıq gətirib:
“Quranda da yazılıb ki, hər bir kişi 4 dəfə evlənə, 400 qadın da saxlaya bilər. Mən saxlamıram. 35 ildə bir dəfə evlənmişəm, bununla da bitib. Qadına dörd ər saxlamağa icazə verilmir, kişilərə isə icazə verilir. Pis, ya yaxşı, tarixdə bu belə olub. Xəyanət pis sözdür. Kişiləri ona görə bağışlamaq olur ki, onlar qadınları, qızları sevirlər. Onları qəbul etmək lazımdır, bağışlamaq olar, nə edək, indi bu belədir də...”.
Daha çox xəbər:
Çingiz Abdullayev qalmaqallı paylaşımını sildi, tənqidlərə belə CAVAB verdi
Gündəm / Sosial"40 il bundan əvvəl bu yerdə atam durmuşdu, mən isə o tərəfdə" - İlham Əliyev
Gündəm / SiyasətAzərbaycanda təzə gəlin asılı vəziyyətdə tapıldı - Birinci arvadını da toy gecəsi... - FOTO
Hadisə"İndi müğənniləri otellərə aparırlar" - Dostəliyeva
Şou"Müəlliməm zəng edib anama dedi ki, qızın burada oğlanlarla..." - İntihar edən 5-ci sinif şagirdi
Hadisə