Gündəm
06 may 2019
69
Baş prokurorluq 3 ildən sonra ANS-lə bağlı QƏRAR VERDİ
"Ramazan ayının başladığı bu mübarək gündə bir şad xəbəri də bölüşmək istəyirəm. Bir müddət əvvəl Azərbaycan Respublikasının Baş Prokurorluğundan 3 ilə yaxın gözlədiyimiz ANS-ə tam bəraət qazandıran məktub aldıq".
Unikal.org-un məlumatına görə, bunu ANS Yayım və Media Şirkətinin prezidenti Vahid Mustafayev bildirib.
"Məktubda deyilir ki, 2016-ci ilin iyul ayında qardaş Türkiyədə dövlət çevrilişinə cəhdlə bağlı Azərbaycanda aparılan təhqiqatlarda ANS Yayım və Media Şirkətinin hər hansı günahının olmadığı tam sübuta yetirildi! Bu o deməkdir ki, ANS Türkiyə və Azərbaycan Xalqı və Dövləti, daim bizə etimad göstərən olkəmizin Prezidenti və daim bizi qoruyan Allah qarşısında təmiz və üzüağ olduğumuzu isbat etdi!
Çingiz demişkən: "Heç kim və heç nə unudulmayacaq!"", - Vahid Mustafayev vurğulayıb.
Daha çox xəbər:
"Azərbaycanda daim dini tolerantlıq hökm sürüb" - Prezident
SiyasətƏliyev Putinə başsağlığı verdi
Siyasət“Mahnımın sonunda muğam oxuyacam” - Çingiz türk mediasında
Şou"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan uğurlu daxili və xarici siyasət həyata keçirir, beynəlxalq nüfuzu artır".
Siyasətİşığa qoyulan limitlə bağlı açıqlama
İqtisadiyyat