Gündəm / Dünya
05 yanvar 2022
131

Qazaxıstanda etirazçılar prezidentlə görüş tələb edirlər

Qazaxıstanda etirazçılar prezidentlə görüş tələb edirlər


Qazaxıstanda etirazçılar ümumiləşdirilmiş tələblərini açıqlayıblar. Xalq Komitəsi etirazçıların əsas tələblərini dərc edib.

Tələblərin əks edildiyi şəkil sosial şəbəkələrdə paylaşılıb.

Həmin tələblər aşağıdakı qaydadadır:

1) Ərzaq məhsullarının qiymətinin azaldılması,

2) Yanacaq-sürtgü materiallarının qiymətinin aşağı salınması,

3) Təqaüd yaşının 58/60 yaşa endirilməsi,

4) Hökumətin tam tərkibdə istefası,

5) Etiraz aksiyaları zamanı tutulan şəxslərin azad edilməsi,

6) Əməkhaqqının artırılması,

7) Milli şirkətlərin bütün törəmə müəssisələrini bağlamaq,

8) Utilizasiyanın ləğvi,

9) Yerli nəqliyyat vasitələri üçün ödənişli yolların ləğvi,

10) Minimum pensiya məbləğinin artırılması,

11) Uşaqpulunun miqdarının artırılması,

12) Prezident Kasım-Jomart Tokayevlə görüş və siyasi tələblər daxildir.