Gündəm / Dünya
13 yanvar 2022
20
Qazaxıstan ssenarisi Qafqazda təkrarlana bilər? - Rusiyalı ekspertdən AÇIQLAMA
Regionun problemləri hələ həllini tapmasa da, Qazaxıstan ssenarisinin Cənubi Qafqaz ölkələrində təkrarlanması ehtimalı çox azdır.
Milliinfo.az Axar.az xəbər verir ki, bunu rusiyalı siyasi ekspert Nikolay Silayev deyib.
"2020-ci ilin yayından biz Gürcüstanda indi daha kəskin və ya zəif olan siyasi böhranı müşahidə edirik. Amma bu, kütləvi etirazların olduğu Qazaxıstanda gördüyümüzdən tamamilə fərqlidir. Qafqaz ölkələrinin heç birində silahlı iğtişaş ehtimalı yoxdur", - N.Silayev söyləyib.
Ekspert qeyd edib ki, region dövlətləri çox fərqli şəkildə təşkil olunub:
"Ermənistanda siyasi narazılığın ifadə mexanizmləri var. Bu, Gürcüstanda da mövcuddur, baxmayaraq ki, ölkənin siyasi sistemi açıq-aşkar öz işini zəif yerinə yetirir. Azərbaycanda isə buna yanaşmalar daha fərqlidir".

Daha çox xəbər:

Siyasi ekspert: “Ermənistanda sosial və vətəndaş müharibəsinin əlamətləri müşahidə olunur”
Dünya
Dəyişən reallıqlar - Koronavirusdan sonra Qafqaz ölkələrində nələr olacaq Rea
Dünya
“Zəngəzur dəhlizinin açılmasında həm Rusiya, həm də Türkiyə maraqlıdır” - MÜSAHİBƏ
Gündəm / Siyasət
İndi cavanlarda koronavirusun daha ağır formada keçdiyini müşahidə edirik -TƏBİB
Gündəm / Cəmiyyət / Səhiyyə
Dönüklər hakimiyyətə can atır Serj Sarkisyan Robert Koçaryanın yanına niyə getdi?
Siyasət / Dünya