Gündəm / Hadisə
18 yanvar 2022
27
İki ailənin yaşadığı ev yandı

Şəki şəhərində ümumi sahəsi 200 m² olan bir dam altında tikilən və iki ailənin yaşadığı birmərtəbəli evlərdən sahəsi 150 m² olan evin tavanı 10 m² sahədə yanıb.
Bu barədə FHN-dən bildirilib.
Məlumata görə, evin qalan hissəsi və bitişik ev yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
