Gündəm / Hadisə
18 yanvar 2022
22
Bakıda evlənmək məqsədilə 15 yaşlı qızı qaçırtdılar
Bakıda itkin düşmüş 15 yaşlı qızın evlənmək məqsədilə qaçırıldığı məlum olub.
APA-nın əldə etdiyi məlumata görə, Nizami Rayon Polis İdarəsinə paytaxt sakini, 2007-ci il təvəllüdlü R.Hüseynovanın itkin düşməsi ilə bağlı yanvarın 17-də məlumat daxil olub.
Əməliyyat-axtarış tədbirləri nəticəsində R.Hüseynovanın sevgi münasibətində olduğu Məhəmməd adlı şəxslə əvvəldən razılaşaraq evlənmək məqsədilə evdən qaçdığı müəyyən edilib.
Hazırda faktla bağlı araşdırma aparılır.

Daha çox xəbər: