Gündəm / Cəmiyyət
18 yanvar 2022
38
Qarabağa səfər üçün alınan biletin mübadiləsi yolverilməzdir - XƏBƏRDARLIQ
“Azad edilmiş ərazilərə səfərlər üçün alınan biletlər kimin adınadırsa, yalnız o şəxslər səfərdə iştirak edə bilərlər. Biletlərin kənar şəxslərə verilməsi yolverilməzdir”.
Bunu işğaldan azad edilmiş ərazilərə müntəzəm avtobus marşrutlarının açılması ilə bağlı keçirilən brifinqdə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib.
O bildirib ki, biletlər QR-kod vasitəsilə avtobuslara minən zaman aidiyyəti qurumların əməkdaşları tərəfindən yoxlanılacaq:
“Bu məsələni diqqətə almaqla bilet sifariş verilən zaman məlumatların doğru qeyd edilməsi önəmlidir. Biletlərin vətəndaşlar arasında mübadiləsi yolverilməzdir”, - deyə o əlavə edib.
Rəhman Hümmətov bildirib ki, əslən azərbaycanlı xarici ölkə vətəndaşı olan həmvətənlərimizin ilkin mərhələdə bu səfərlərdə iştirakı nəzərdə tutulmayıb.
“Bu və digər məsələlər irəliləyən dövrdə, növbəti mərhələlərdə nəzərə alınacaq. Bu gün üçün biz bu səfərlərdə ölkə vətəndaşlarımızın ziyarət məqsədilə Qarabağa gedişini təşkil etməyə çalışırıq. Azərbaycan vətəndaşlığından imtina edən xarici ölkə vətəndaşlığını qəbul edən soydaşlarımızın hazırda səfərlərdən yararlanması nəzərdə tutulmayıb. Lakin bir müddət sonra bu və digər yaranan suallar da öz həllini tapacaq”.
Daha çox xəbər:
Bakıdan Şuşaya avtobus səfərlərinin qiyməti açıqlanıb
Gündəm / CəmiyyətAzərbaycan futbol tarixində ilk - Biletlər 50 MANATA satışa çıxarıldı
İdmanŞuşaya getmək istəyənlərin NƏZƏRİNƏ: Yanvarın 24-dən... - VİDEO
Gündəm / Cəmiyyətİki il keçsə də, AZAL biletlərin pulunu qaytarmır
CəmiyyətAzad edilmiş ərazilərdə işləyən bu şəxslərin maaşları artırıla bilər - Nazir
Gündəm