Gündəm
12 noyabr 2021
41
Azad edilmiş ərazilərdə işləyən bu şəxslərin maaşları artırıla bilər - Nazir
Azad edilmiş ərazilərdə xidmət edən hüquq-mühafizə əməkdaşlarının maaşlarının artırılması nəzərdə tutulur.
Bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İctimai birliklər və dini qurumlar, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri, Səhiyyə və Mədəniyyət komitələrinin birgə iclasında 2022-ci ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlər müzakirəsi zamanı deyib.
O bildirib ki, Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərə böyük qayıdışın həyata keçirilməsini prioritetlər sırasına daxil edib. Nazirin sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə yenidənqurma və bərpa işləri sürətli şəkildə həyata keçirilir.
S.Şərifov əlavə edib ki, büdcə layihəsində müdafiə və təhlükəsizlik sahəsi üzrə ayrılan xərclər prioritet xərclər kimi təsnif edilib.
“İşğaldan azad edilmiş ərazilərdə xidmət edən hüquq-mühafizə orqanlarının əməkdaşlarının əməkhaqqılarının artırılması da nəzərdə tutulur. Müdafiə xərclərinin sırasında hərbi qulluqçuların mənzil şəraitinin yaxşılaşdırılması məsələləri də yer alır”, - deyə S.Şərifov əlavə edib.
Daha çox xəbər:
Onların maaşı 50 faiz artırıldı - Sərəncam
Gündəmİşğaldan Azad Edilmiş Rayonlarımızda Dövlət Strukturları Fəaliyyətə Başladı – RƏSMİ
GündəmKəlbəcər və Laçında bir sıra biznes obyektləri açılacaq
Gündəm / CəmiyyətMüdafiə naziri ehtimal olunan erməni təxribatlarının qarşısının alınması üçün göstəriş verdi
Gündəm / SiyasətMehriban Əliyevadan işğaldan azad edilmiş ərazilərimizlə bağlı paylaşım - FOTO
Gündəm / Foto