Gündəm / Siyasət
18 yanvar 2022
25
"Yüzlərlə qazi həm Azərbaycanda, həm də xaricdə müalicə alır" - Dövlət başçısı
“Müharibədən sonra mənim təşəbbüsümlə Qarabağ Dirçəliş Fondu, YAŞAT Fondu yaradılıb”.
Bunu Prezident İlham Əliyev yanvarın 18-də xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Bakıda ucaldılan abidəsinin açılışında bildirib.
“Azərbaycan vətəndaşları, eyni zamanda, şirkətlər könüllü olaraq həm Qarabağ Dirçəliş Fonduna, həm YAŞAT Fonduna vəsait təqdim edirlər və bu vəsait hesabına bu gün yüzlərlə qazi həm Azərbaycanda, həm xüsusilə xaricdə müalicə alır, həyata qayıdır, öz sağlamlığını bərpa edir. Bu, bir daha onu göstərir ki, xeyriyyəçilik hər zaman Azərbaycan xalqının ayrılmaz əlaməti olubdur. Sadəcə olaraq, buna şərait yaradılmalı idi, dövlət tərəfindən bu siyasət dəstəklənməli idi və bu gün biz bunu görürük”, - dövlət başçısı vurğulayıb.
Daha çox xəbər:
Prezident Hacı Zeynalabdin Tağıyevin abidəsinin açılışını etdi - Fotolar
Gündəm / Şou"Zeynalabdin Tağıyev böyük şəxsiyyət idi" - İlham Əliyev
Gündəm / SiyasətPrezident Şuşada tarixi abidələrin hansı vəsait hesabına bərpa olunacağını AÇIQLADI
Gündəm / Siyasət"İşğal dövründə fikirləşirdik ki, dünyada ədalət yoxdur" - Dövlət başçısı
Gündəm / Siyasət“Xarıbülbül” festivalının keçirilməsi mənim ideyam idi” - İlham Əliyev
Gündəm / Siyasət