Gündəm / Hadisə
20 yanvar 2022
25
Bələdiyyə sədrinin qardaşı oğlu Rusiyada qətlə yetirildi
Azərbaycanlı gənc Rusiyada qətlə yetirilib.
Hadisə Yaroslavl şəhərində baş verib. Rusiya vətəndaşı, 10 il məhkumluq həyatı yaşamış şəxs spirtli içki qəbul edərək küçədə azərbaycanlı gənc, 2002-ci il təvəllüdlü Rəhimov Məhəmməd Zöhrab oğluna yaxınlaşaraq ondan pul tələb edib. Aralarında yaranan mübahisə zamanı adı hələ ki, bilinməyən, rus milliyyətindən olan şəxs üzərində gəzdirdiyi bıçaqla qəflətən Məhəmməd Rəhimova xəsarət yetirib. O, ağır vəziyyətdə xəstəxanaya aparılsa da, dünyasını dəyişib.
Yaroslavl şəhərindəki ali məktəblərdən birinin tələbəsi olan 20 yaşlı Məhəmməd Rəhimovun meyiti bu gün Göyçay şəhərinə gətirilərək dəfn edilib.
Qeyd edək ki, Məhəmməd Rəhimov Göyçay şəhər Bələdiyyəsinin sədri Cavid Rəhimovun qardaşı oğludur.
Faktla bağlı Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. (Apa)

Daha çox xəbər:

Almaniyada azərbaycanlı qətlə yetirilib
Gündəm / Hadisə
Rusiyada partlayış - Azərbaycanlı gənc öldü
Gündəm / Dünya
25 yaşlı azərbaycanlı Amerikada qətlə yetirildi - FOTO
Gündəm / Hadisə
gənc sevgilisinə qarşı çıxan ata-anasını güllələyərək qətlə yetirib
Hadisə
Azərbaycanda film kimi OLAY: Oğul atasını qətlə yetirib evin həyətində basdırdı (YENİLƏNİB)
Gündəm / Hadisə