Gündəm / Cəmiyyət
21 yanvar 2022
27
Xəzərdə qanunsuz ov edən şəxslər cəzalandırıldı
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Xəzər dənizinin Sumqayıt şəhəri və Şabran rayonu akvatoriyasında qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.
Bu barədə xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib.
O qeyd edib ki, araşdırma zamanı brakonyerlərin Sumqayıt şəhər sakini Sabir Əliyev, Şabran şəhər sakinləri Fizuli Xudaverdiyev, Fizuli Quliyev və Elmar Babayev olduğu müəyyən edilib, onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.
“Eyni zamanda, ayrı-ayrı inzibati rayonların ərazisində qanunsuz ov edən Bakı şəhər sakinləri Rəsul Məmmədov, Mahmud Əliyev, Bəydəmir Məmmədov, Hüseyn Sultanov və Ağcabədi rayon sakini Xəqani Abdullayev saxlanılıb”.
B. Məhəmmədovun sözlərinə görə, faktlarla bağlı təqsirkar şəxslər barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.

Daha çox xəbər:

Astarada narkotacirlər saxlanılıb
Gündəm / Hadisə
Binəqədi və Qaradağ rayonlarında oğurluqla məşğul olan şəxslər tutulub
Gündəm / Hadisə
Azərbaycanda narkotik alverçisini tutuldular
Hadisə
Mingəçevirdə evi qanunsuz tərk edən koronavirus xəstəsinə cinayət işi başlanıldı
Gündəm
DİN əhaliyə xəbərdarlıq etdi
Gündəm