Gündəm / Hadisə
25 yanvar 2022
49
Maşını güllələnən şəxs keçmiş polis əməkdaşı imiş
Bakıda bir neçə gün öncə silahlı hücuma məruz qalan şəxsin keçmiş polis əməkdaşı olduğu məlum olub.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, yanvarın 20-si axşam saat 18 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsində naməlum şəxs qəsəbə sakini Tərlan Namazovun idarə etdiyi “Pajero” markalı avtomobilə odlu silahdan atəş açıb.
Məlum olub ki, Tərlan Namazov keçmiş polis əməkdaşıdır. Daha öncə xidmətdə yol verdiyi nöqsanlara görə daxili işlər orqanlarından xaric olunub.
Hazırda cinayəti törədən şəxsin müəyyən edilərək saxlanılması istiqamətində intensiv əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Daha çox xəbər:
Bakıda maskalı şəxslər avtomobilə basqın edib 10 min dollar apardı
Gündəm / HadisəBakıda qadına qarşı soyğunçuluq edən şəxs saxlanıldı
Gündəm / HadisəKeçmiş polis işçisi "patı" satarkən yaxalandı - YENİLƏNİB
Gündəm / DünyaBakıda polis maşını qəzaya düşdü
Gündəm / HadisəSabirabadda qadın gözətçini qətlə yetirən şəxs polis imiş - YENİLƏNİB
Gündəm / Hadisə