Gündəm / Cəmiyyət
25 yanvar 2022
17

DİM-dən abituriyentlərə MÜRACİƏT

DİM-dən abituriyentlərə MÜRACİƏT

Dövlət İmtahan Mərkəzi buraxılış imtahanları ilə bağlı şagird və abituriyentlərə müraciət edib.

DİM-in Mətbuatla iş və elektron kommunikasiya şöbəsinin müdiri Xanlar Xanlarzadə abituriyentləri imtahanların dəqiq tarixinə, qrafikinə fikir verməyə çağırıb:

“Bəzən şagirdlər, abituriyentlər bir rayonda yaşayır, başqa rayonda yerləşən məktəbdə oxuyur. Onlar məktəb hansı rayondadırsa, həmin rayonun günündə imtahan verəcəklər. Konkret yeri isə bir həftə əvvəl bildirəcəyik”.