Gündəm / Dünya
31 yanvar 2022
20
Kılıçdaroğludan ona “xain” deyən uşaqla bağlı - Açıqlama
CHP lideri Kamal Kılıçdaroğlu Trabzonda açılış mərasimində ona “xain” deyən uşaqla bağlı açıqlama verib.
Əvvəlcə sosial şəbəkə hesabında paylaşım edən siyasətçi yazıb:
“Xahiş edirəm, balaca uşağımızla bağlı xəbəri paylaşmayın, pis söz söyləməyin. O, hələ balacadır. Hamıdan xahiş edirəm, hisslərimizə qapılmadan uşaq pedaqogikası nə deyirsə, ona əməl edin”.
Kılıçdaroğlu daha sonra jurnalistlərə açıqlamasında deyib:
“Mənzərə məni çox məyus etdi. Dostlarım da paylaşmışdı. Paylaşımları sürətlə silin. O uşağın, o gözəl övladımızın heç bir qəbahəti yoxdur. Videonu izləyəndə təşviş keçirdim. Belə bir şey başıma gəlməmişdi. Mənim bütün cəhdlərim övladlarımıza gözəl Türkiyə qoymaqdır. Kindən, qəzəbdən uzaq, hamını sevgi ilə qucaqlayan, təbiəti sevən gənclərin bu ölkənin gələcəyi və ümidi olduğu bir Türkiyəni ayağa qaldırmaq istəyirəm”.
Xatırladaq ki, Trabzonda Berat Can Gürsoy adlı azyaşlı mikrofonu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandan alaraq “Bəy Kamal Prezident əmimin qarşısında kimdir ki? O adam xaindir, xain” demişdi.
Daha çox xəbər:
Ərdoğandan Kabildəki partlayışla bağlı AÇIQLAMA
Gündəm / Dünya“Əliyev mənə onu bir daha ölkəyə buraxmayacağını dedi”
Gündəm / SiyasətƏrdoğandan Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
DünyaCHP sədri bu hərəkətinə görə tənqid olundu - VİDEO
Gündəm / DünyaBakıda anaya lesbi adı qoyub uşaqlarından ayırdılar - FOTO
Hadisə